Mirzoyan: Ermənistan Azərbaycan dəmir yollarına çıxış əldə etməlidir

 

Ermənistan tərəfi ümid edir ki, Azərbaycanla konstruktiv görüşlər bundan sonra da davam edəcək. 

Demokratikmusavat.com xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Yunanıstanın xarici işlər naziri ilə birgə mətbuat konfransında bildirib.

Azərbaycanla danışıqlar prosesi ilə bağlı sualı cavablandıran nazir qeyd edib ki, ötən il onlar Bakıdan konstruktiv addımlar görüblər. 

Regional iqtisadi kommunikasiyaların bərpa olunması məsələsinə toxunan Mirzoyan əlavə edib ki, Azərbaycan kimi Ermənistan da Azərbaycanın dəmir yollarından istifadə etmək imkanına malik olmalıdır.

 

 

0.16886711120605