Bakının bu ərazisində qaz kəsiləcək

 

Binəqədi rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

"Daş Butka" QTM-dən qidalanan orta təzyiqli istismara yararsız yeraltı qaz xəttinin bir hissəsinin əvəzlənməsi, eləcə də yeni çəkilmiş yeraltı qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi məqsədilə "Sərdarov zavodu" orta təzyiqli qaz xəttindən 09.01.2024-cü il saat 09:30-dan qaz təchizatının dayandırılması planlaşdırılıb.

Təmir-quraşdırma işləri aparılan müddətdə Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsinin bir hissəsinin, Biləcəri qəsəbəsində Ordubadi küçəsinin, I,II,III Mədən, Baksol yolu və Binəqədi şosesi adlanan yaşayış ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

0.46865010261536