Türkiyə səfəri Xalq rəssamının qalereya və emalatxanasını ziyarət edib

 

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Xalq rəssamı Sakit Məmmədovun qalereya və emalatxanasını ziyarət edib.

"Ölkə.az" xəbər verir ki, bunu diplomat "X" hesabında yazıb.

Səfir görüş çərçivəsində apardıqları müzakirələrə də diqqət çəkib:

"Qarabağnamə, dörd fəsil, Tomris və başqaları... Onun möhtəşəm əsərləri ilə tanış olduq. Söhbətimizdə Xalq rəssamının TÜRKSOY-un tərkibində Turan Rəssamlıq Akademiyası və Türk Dünyası Rəssamlar Birliyi ilə bağlı fikirlərini və əsərlərini dinlədik".

"Sakit Məmmədov 2024-cü ilin mayında İstanbulda keçirilməsi planlaşdırılan sərgisi haqqında məlumat aldıq", - C.Bağçı əlavə edib.

0.18229699134827