Fazil Mustafanın prezidentliyə namizədliyinin irəli sürülməsi barədə sənədlər MSK-ya təqdim edilib

 

Böyük Quruluş Partiyasının sədri Fazil Mustafanın prezidentliyə namizədliyinin irəli sürülməsi barədə sənədlər Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilib.

Fazil Mustafa “Report”a açıqlamasında bildirib ki, sənədlər bu gün MSK-ya təqdim edilib.

Qeyd edək ki, dekabrın 16-da Böyük Quruluş Partiyasının Ali Məclisi partiya sədri Fazil Mustafanın prezidentliyə namizədliyini irəli sürüb.
Xatırladaq ki, 7 fevral 2024-cü ildə Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.

0.16054916381836