Rusiyada parlayan TÜRK ULDUZ: "Onun qarşısında böyük gələcək açılacaq"

 

Moskva CSKA-sının müdafiəçisi Moises Barbosa ordu klubunun yarımmüdafiəçisi Abbosbek Fayzullayevin oyunu haqda fikirlərini bölüşüb.

"Ölkə.az" Publika.az-a istinadla xəbər verir ki, Fayzullayev mövsümün əvvəlində Özbəkistan “Paxtakor”undan ÇSKA-ya keçib.

“Onun uyğunlaşması çox tez keçdi. Abbos bizə çox kömək edir və ümumi işə mühüm töhfə verir. Belə davam edərsə, onun qarşısında böyük bir gələcəyin açılacağına şübhə yoxdur”, – Moises klubun mətbuat xidmətinə bildirib.

Bu mövsüm 20 yaşlı Abbosbek Fayzullaev ÇSKA-nın heyətində 14 oyun keçirib, 1 qol vurub və 6 məhsuldar ötürmə verib.

“Transfermarkt” portalı özbək futbolçunun dəyərini 2 milyon avro qiymətləndirir.

0.19300699234009