Dortmund “Borussiya”sından möhtəşəm geridönüş - VİDEO

 

Bundesliqanın 12-ci turunda üz-üzə gələn “Borussiya”ların derbisində Dortmund klubu öz meydanında Münhenqladbax komandasına qalib gəlib - 4:2.

Görüşdə 0:2 hesabı ilə geridə olan ev sahibləri dörd top vuraraq möhtəşəm geridönüşə imza atıblar - 4:2.

Qeyd edək ki, bu nəticədən sonra dortmundlular turnir cədvəlində dördüncü yerə yüksəliblər. Onların rəqibləri isə 11-ci yerdə qərarşalıblar.
Növbəti mərhələdə “Borussiya” (Dortmund) dekabrın 3-də “Bayer”lə qarşılaşacaq. “Borussiya” (Münhenqladbax) da bir gün əvvəl “Hoffenhaym”la yarışacaq.(oxu.az)

0.20197200775146