“Qarabağ” “Sabah”a 2-1 hesablı ilə qalib gəlib

 

Bu gün Misli Premyer Liqasında XIV tura start verilib.

Apasport.az xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar fasilədən sonra ilk matç “Bank Respublika Arena”da baş tutub.

Ötən mövsümün iki ən yaxşısı turun mərkəzi görüşündə üz-üzə gəlib. Son çempion “Qarabağ” vitse-çempion “Sabah”ın qonağı olub. Qarşılaşma "atlılar"ın 2-1 hesablı qələbəsiylə başa çatıb. Ev sahibi komandanın heyətində Emmanuel Apeh 32-ci dəqiqədə penalti zərbəsindən yararlana bilməyib.

Qeyd edək ki, tura noyabrın 26-da yekun vurulacaq.

Misli Premyer Liqası
XIV tur
24 noyabr (cümə)
20:00. “Sabah” – “Qarabağ” 1-2

Qol: T. Bayramov, 58, (penalti), N. Axundzadə, 60, J. Sekidika, 63

Uğursuz penalti: Apeh, 32
Hakimlər: İnqilab Məmmədov, Kamran Bayramov, Rəhman İmami, Rauf Allahverdiyev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Elçin Mehtiyev
“Bank Respublika Arena”

Sabah": 55. Nicat Mehbalıyev, 77. Namik Ələskərov, 10. Aleksey İsayev (k), 2. Amin Seydiyev, 15. Kristian da Silva, 24. Maruan Hadudi, 7. Boyan Letiç, 44. Sofian Çakla, 18. Davit Volkov, 70. Cesse Sekidika, 19. Emmanuel Apeh

Ehtiyat oyunçular: 16. Rustam Samigullin, 75. Emil Həbibov, 4. Elvin Camalov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 5. Rəhman Daşdəmirov, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 14. İshak Belfodil, 28. Kahim Parris, 12. Vinsent Til

Baş məşqçi: Murad Musayev

"Qarabağ": 99. Andrey Lunyov, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 6. Julio Romao

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 29. Marko Veşoviç, 66. Patrik Andrade, 17. Hamidu Keyta, 11. Adama Diakabi, 19. Redon Cica, 15. Leandro Andrade

Baş məşqçi: Qurban Qurbanov

 

0.14733290672302