Bill Qeyts: “İnsanlar 3 gün işləyəcək”

 

Dünyanın ən zəngin iş adamlarından biri və “Microsoft”un həmtəsisçisi Bill Qeyts son zamanlar məşhurlaşan süni intellekt və həftəlik iş günləri ilə bağlı diqqətçəkən açıqlama verib.

Musavat.com xarici mediaya istinadla bildirir ki, illər əvvəl COVİD-19 pamdemiyasını proqnozlaşdıran Bill Qeyts indi də süni intellektlə bağlı proqnoz səciyyəli şərhlər verib.

Qeyts süni intellektin sürətlə inkişaf etdiyini və beləliklə insanların həftəlik iş günlərini 3-ə endirə biləcəyini söyləyib. "Maşınlar bütün yemək və ev işlərini idarə edə bilər. Buna görə də insanların iş günlərinin sayı 3-ə endirilə bilər. İnsanların həftədə cəmi üç gün işlədiyi cəmiyyətdə olsanız, yəqin ki, problem olmayacaq, - milyarder bildirib.

Qeyts daha əvvəl süni intellektin insanların həyatına müsbət təsir edəcəyini bildirmiş və demişdi: “Süni intellektin təsiri smartfonlar və internet kimi təsir göstərəcək. Süni intellekt insanların biznes, öyrənmə, səyahət və ünsiyyət tərzini dəyişəcək”.

Bill Qeyts həmçinin bütün sektorların süni intellektlə iş rejiminə uyğunlaşacağını iddia edib.

Goldman Sachs-ın mütəxəssisləri isə süni intellektin dünya üzrə 300 milyon insanı işsiz qoyacağını iddia edirlər.

0.1919949054718