Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri

 

9 müraciətin ünvanlandığı “Açıq mikrofon” aksiyası bu gün Xızı rayonunda baş tutub. Mikrofon önünə çıxan 3 sakin qaz xəttinin yerinin dəyişdirilməsini xahiş edib.

"Demokratikmusavat.com" xəbər verir ki, yeni Yaşma kənd sakinlərindən 2 nəfəri isə fərdi yaşayış evinin qazlaşdırılmasını istəyib. Qalan 4 müraciətə gəlincə, bunlar qaz sayğacının yerinin dəyişdirilməsi və debitor borcun araşdırılması ilə bağlı olub. Görüşdə səsləndirilən hər bir müraciət qeydə alındıqdan sonra araşdırılması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.

0.19793200492859