Patruşev: “Azərbaycan Ermənistandan dəfələrlə böyük iqtisadi potensiala malikdir”

 

“Azərbaycan indiki şəraitdə böyük iqtisadi potensiala malikdir”

"Ölkə.az" xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.

“Gəlin iqtisadi potensialı müqayisə edək: Azərbaycanın əhalisi 10 milyon nəfər, Ermənistanın isə, deyirlər ki, üç milyondur. Amma biz dəqiq bilirik ki, belə deyil - maksimum iki milyon nəfərdir. Azərbaycan iqtisadi-maliyyə komponenti üzrə əhəmiyyətli üstünlüyə malikdir”, - deyə Patruşev bildirib.
O, Rusiyanın Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün bütün ilkin şərtləri gördüyünü də vurğulayıb.

0.16794490814209