Bu ölkə İsraildəki diplomatlarının ailələrini təxliyə edir

 

Britaniya İsrail-Fələstin münaqişəsi davam etdiyi üçün İsraildəki diplomatlarının ailələrini təxliyə etməyə başlayıb.

Ölkə.az manset.az-a istinadən xəbər verir ki, Britaniya Xarici İşlər Nazirliyinin sözçüsü diplomatların ailələrinin “ehtiyat tədbiri” olaraq təxliyə edildiyini açıqlayıb.

Sözçü İngiltərənin Təl-Əvivdəki səfirliyinin açıq qalacağını və köməyə ehtiyacı olanlara konsulluq xidmətlərinin davam etdiriləcəyini və təxliyə qərarının Böyük Britaniyanın İsrailə səyahət xəbərdarlığına uyğun olaraq alındığını bildirib.

İsraildəki ingilis diplomatların ailələrinə "ən azı 2 ay" ölkəni tərk etmələri lazım olduğu deyilib.  

Britaniya Xarici İşlər Nazirliyinin dərc etdiyi cari səyahət xəbərdarlığında İsrailə və işğal olunmuş Fələstin ərazilərinə “vacib səyahətlər istisna olmaqla” səyahət etməmək tövsiyə edilib.

0.18031001091003