“Qarabağ klanı” yenidən güclənsə, sonumuz olacaq - Qukasyan

 

Biz “Qarabağ klanı”nın yenidən güclənib hakimiyyətə gəlməsinə imkan verməməliyik, bu, Ermənistanın sonu demək olacaq.

“Ölkə.Az” xəbər verir ki, bunu “İctimai səs” partiyasının rəhbəri Vardan Qukasyan İrəvan meriyasına yenidən seçkilərin keçirilməsi ilə bağlı vəziyyəti şərh edərkən deyib.

“Mən bunu qəbul etmirəm və etmərəm də. Təhdid var, ən böyük təhlükə Robertoserjevski klanının (Robert Köçərkyan və Serj Sarqsyanı, həmçinin Ermənistandakı Qarabağ klanı nəzərdə tutulur) öz mövqelərini gücləndirmə ehtimalının olmasıdır. Mən bir müxalifət olaraq onların güclənməsini istəmirəm. Onlar Avinyandan daha təhlükəlidirlər”, - Qukasyan qeyd edib.

O əlavə edib ki, Avinyana fəaliyyətsizliyinə görə, qanunla ona bir ildən sonra etimadsızlıq göstərib vəzifəsindən uzaqlaşdırmaq olar, lakin Robertoserjevski klanı güclənərsə, bu, Ermənistanın tamamilə sonu olacaq: “Ermənistan Sünik (Zəngəzur) quberniyaya çevriləcək. O baxımdan da indi məni mer seçkiləri maraqlandırmır, 10-a qədər nə baş verəcəyi maraqlandırır”.

Mürtəza
Ölkə.Az

 

0.19195294380188