Rusiya MN: “Xənkəndidə Rusiya-Azərbaycan birgə patrulu snayper silahından atəşə tutulub”

 

Qarabağda atəşkəs rejiminin pozulması qeydə alınıb.

Bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Xankəndi şəhərində naməlum şəxs Rusiya-Azərbaycan birgə patruluna snayper silahından atəş açıb.
Hadisə nəticəsində ölən və yaralananlar olmayıb.

 

0.19357299804688