Spikerdən deputatlara: Onlara məktublar yazın, tvit atın

 

“Deputatlar üzv olduqları dostluq qruplarına məktublar yazıb son proseslər haqqında geniş məlumat verməlidirlər. Azərbaycanın haqq səsini çatdırmaq lazımdır”.

“Ölkə.Az” xəbər verir ki, bunu Milli Məclis sədri Sahibə Qafarova deyib.

Onun sözlərinə görə, ermənilərin ölkəmizə qarşı bu qarayaxma kampaniyasının qarşısını dünya ölkələrinin parlamentlərinin deputatlarına məktub yazıb izah etməklə almaq mümkündür. “Eyni zamanda deputatlar beynəlxalq mediaya çıxmalıdırlar. Tviter səhifəsindən istifadə etməklə buna nail olmaq olar. Ancaq bu yolla, fərdi işləməklə onlara prosesi başa salmaq olar”, - spiker qeyd edib.

Mürtəza
Ölkə.Az

0.26786279678345