Ordumuzun qələbəsi Əli Kərimli və onun kimilərin yuxusunu ərşə çəkib - Deputat

 

“Qarabağda həyata keçirilən və ən qısa zamanda uğurla nəticələnən lokal antiterror tədbirləri təkcə Azərbaycanın düşmənlərini deyil, eyni zamanda daxildəki sapı özümüzdən olan baltaları ciddi narahat edərək yuxularına haram qatıb. Anti-Azərbaycan qüvvələrin və erməni lobbisinin ölkəmizdəki uzantıları hər zaman olduğu kimi, bu dəfə də xəyal edə bilmədiyimiz uğurlara xor baxıb kölgə salmaqdadırlar. Hər zaman olduğu kimi, Azərbaycan ordusunun möhtəşəm qələbəsindən yuxusu ərşə çəkilənlərdən biri də AXCP sədri Əli Kərimlidir”.

Bunu “Ölkə.Az”a açıqlamasında deputat Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, bu məxluqat istər 44 günlük müharibə dövründə, istər ondan sonrakı hərbi əməliyyatlar, istər 19 sentyabr antiterror tədbirləri, istərsə də ondan sonra Azərbaycan ordsunun qələbələrinə kölgə salmaqdadır: “44 günlük müharibə dövründə siyasi mövqeyindən asılı olmayaraq ölkədə fəaliyyət göstərən bütün siyasi partiyalar birgə bəyanata imza atıb hərbi əməliyyatları dəstəkləsələr də, AXCP və "Müsavat" kənarda qalıb imza atmaqdan imtina etdilər. 19 sentyabr antiterror tədbirləri zamanı da eyni qaydada adı çəkilən bu partiyalar antiterror  tədbirlərini dəstəkləyən bəyanata imza atmaqdan imtina etdilər. Əli Kərimli işini bununla bitirməyib hər imkanda yüksək peşəkarlıqla ən qısa zamanda düşməni diz çökdürən bir antiterror tədbrilərinın nəticələrinə kölgə salmaqda davam etməkdədir”, - o qeyd edib.

Deputat əlavə edib ki, dünya birliyi Azərbaycanın mülki insanlara ziyan vermədən ən qısa zaman ərzində  antiterror tədbrilərini bitirməsini alqışlamasına baxmayaraq, Əli Kərimli və onun kimilər ordumuzun bu qələbəsinə xor baxırlar: 

“Əslində, onlardan bundan artığını da gözləməyə dəyməzdi və gözlənilən idi. Çünki bu insanlar 1992-93-cü illərdə hakimiyyətdə olduqları müddətdə yürütdükləri yarıtmaz idarəçilik nəticəsində az qala müstəqilliyini yenidən bərpa edən Azərbaycan siyasi xəritədən silinə bilinərdi. Məhz Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dövlətçiliyini uçurumunun kənarından xilas etdi. Ulu öndərin müdrik siyasəti nəticəsində Azərbaycan bir dövlət və coğrafi bir məkan kimi xilas oldu, eyni zamanda sürətli bir inkişaf yoluna qədəm qoydu. Ulu öndərin siyasi irsinin layiqli davamçısı İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə isə  Azərbaycan sıçrayışlı inkişaf dövrünü yaşadı. Azərbaycan ordusu dünyanın ən güclü ordularından birinə çevrildi. Bununla paralel olaraq cənab Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti nəticəsində geosiyasi prosesləri Azərbaycanın xeyrinə dəyişdi. Güclü iqtisadiyyata, orduya malik olan Azərbaycan geosiyasi  məqam yetişən kimi, Ali Baş Komandanın rəhbərliyi altında ordumuz onillərlə işğal altında olan torlaqlarımızı qısa zamanda yağı düşməndən xilas edib ərazi bütövlüyümüzü bərpa etdi. 

O zaman da məhz bu Əli Kərimli kimilər Azərbaycanın qələbəsinə xor baxıb xaricdəki ağalarının sifarişi ilə Azərbaycan xalqının xəyal etdiyi qələbənin reallaşmasına kölgə salmağa cəhd etdilər. Bəhanə gətirdilər ki, Xankəndisiz hansı qələbədən danışmaq olar. Hər imkanda Azərbaycana öz düşmən mövqelərini sərgiləməli oldular. Bunun başqa adı yoxdur. Heç ermənilərin özləri bu insanlar qədər can-fəşanlıq etmir.
Təbii ki, bunların çirkin niyyəti bəllidir. Anti-Azərbaycan qüvvələrin və erməni lobbisinin əlində alət olan bu insanlar, onların sifarişlərini icra etməkdir.  Sifarişin icrası nəticəsində isə 5-3 manatlıq tula payı almaqdır. Millətdən, dövlətdən dəm vuran bu məxluqatlar, əslində, bu cür hərəkətləri ilə Azərbaycana düşmənçilik edənlərdən artıq düşmənçilik edənlərdir. Lakin xalq özü onların layiq olduğu yeri göstərəcək və tarixin zibilliyinə atacaq. Bu insanlar danışdıqca daha da iç üzlərini açıb kim olduqlarını, hansı düşmən qüvvələrə işlədiklərini ifşa edirlər. Azərbaycan cəmiyyətinin mütləq əksəriyyəti Əli Kərimli ilə yüz illər boyu xalqımıza ən ağır cinayətlər törədən erməni daşnaklar arasında bir bərabərlik işarəsi qoyur.  Çünki bu insanın hərəkəti ilə erməni daşnakın fəaliyyəti arasında elə də ciddi fərq yoxdur”.

Ölkə.Az

0.17953419685364