“Sabah” basketbol klubu Serbiyada “Srvena Zvezda”ya qalib gəlib

 

Serbiyada təlim-məşq toplanışında olan “Sabah” basketbol klubu yoldaşlıq görüşləri çərçivəsində ikinci qələbəsini qazanıb.

"Ölkə.az" xəbər verir ki, Azərbaycan çempionu yerli “Srvena Zvezda 2”ni üstələyib.

Belqradda baş tutan matç “Sabah”ın 81:78 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan komandası bu gün son yoxlama oyununa çıxacaq. Bakı vaxtı ilə saat 22:00-da başlayacaq qarşılaşmada rəqib “Zlatibor” olacaq.

Qeyd edək ki, “Sabah” ilk iki yoxlama oyununda Serbiya klubları “Vrsac”a 57:62, “Radniçki”yə 81:82 hesabı ilə məğlub olub, “OKK Belqrad”a isə 97:84 hesabı ilə qalib gəlib.

0.43918299674988