Paşinyan: Aİ sammitində İrəvanla Bakı arasında sülh sazişi imzalanmayacaq

 

Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, təəssüf ki, saziş bağlamaq planı yoxdur.

 APA-ya xəbər verir ki, o, bunu jurnalistlərə açıqlamasında söyləyib.

O qeyd edib ki, hələlik Ermənistanın maraqlarına cavab verən razılaşdırılmış sənəd yoxdur:

“İrəvanın prioriteti sülh gündəmidir. Nazirlər Kabineti Bakı ilə tez bir zamanda - bu ilin sonuna və ya gələn ilin əvvəlinə qədər barışmaq istəyir”.

İntensiv danışıqlar davam edəcək və Paşinyan ümid edir ki, tərəflər məsələnin həllinə gələcəklər.

 

0.16428112983704