Fransada “qırmızı” səviyyə elan edildi

 

Fransanın cənubunda Ero departamentində gözlənilən leysan yağışları səbəbindən yaranacaq daşqın təhlükəsi ilə əlaqədar “qırmızı” xəbərdarlıq səviyyəsi elan edilib.

“Ölkə.az” xəbər verir ki, bu barədə Fransanın “Meteo-Fransa” meteoroloji xidməti məlumat yayıb.

Meteoroloji xidmətin dərc etdiyi infoqrafik xəritəyə əsasən, Ero departamentində “qırmızı” xəbərdarlıq səviyyəsi elan edilib.

Şimaldakı daha iki qonşu departamentə mümkün daşqın səbəbindən “narıncı”, şərqdə isə üç departamentdə sadəcə şiddətli tufan olacağı ilə bağlı “sarı” xəbərdarlıq səviyyəsi verilib.

0.22575807571411