Britaniyanın ən böyük şirin su hövzəsini zəhərli yosunlar basıb

 

Böyük Britaniyanın ən böyük şirin su hövzəsi olan Şimali İrlandiyadakı Lox-Ney  zəhərli yosunlarla doludur. 

Bu barədə "Sky News" yazır.

Britaniya televiziya kanalının məlumatına görə, suda və gölün sahilində cəsədləri olan heyvanlar, itlər, pişiklər və quşlar yosunların yaratdığı toksinlərdən əziyyət çəkirlər.

Göldə çoxalan siyanobakteriyalar tarlalardan axan sular nəticəsində göldə toplanan nitrat və fosfatlar səbəbindən həyat üçün təhlükə yaradır. Uzun müddət ərzində zəhərli su içmək qaraciyərin zədələnməsinə və nevroloji xəstəliklərə, içdikdən dərhal sonra isə başgicəllənmə, ürəkbulanma və qusma ilə nəticələnə bilər.

Bildirilir ki, Şimali İrlandiyanın içməli suyunun 40%-i Lox-Neydən. Göl milli sərvət hesab olunur.(Qaynarinfo )

 

0.20775198936462