İsrail ABŞ-a öz hava qüvvələri üçün daha 25 F-35 təyyarəsi alınmaq istiyir

 

İsrail Müdafiə Nazirliyi ABŞ-dan İsrail Hərbi Hava Qüvvələrində bu maşınların üçüncü eskadrilyasını təşkil edəcək 25 ədəd F-35 qırıcı təyyarəsinin alınması prosesinə rəsmən başlayıb.

APA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, İsrailin müdafiə naziri Yoav Qalant və Müdafiə Nazirliyinin baş direktoru Eyal Zamir tərəfindən razılaşmanın təsdiqindən sonra İsrail tərəfi ABŞ-dakı F-35 Birgə Proqram Ofisinə təyyarələrin alınması üçün rəsmi sorğu göndərib. bundan sonra təchizat müqaviləsi imzalanmalıdır. Nazirlikdən bildiriblər ki, sövdələşmənin yaxın aylarda tamamlanacağı gözlənilir.

“Müdafiə Departamenti dəstək və texniki xidmət də daxil olmaqla bir müqavilə çərçivəsində ABŞ hökumətindən 25 Lockheed Martin istehsalı F-35 alacaq. Çatdırılma başa çatdıqdan sonra İsrail Hərbi Hava Qüvvələrinin istifadə etdiyi dünyanın ən qabaqcıl gizli təyyarələrinin sayı 75-ə çatacaq. İsrail Müdafiə Qüvvələrinə təyyarələrin tədarükü 2027-ci ildə başlayacaq, ildə üç təyyarə”, – hesabatda deyilir.

0.209468126297