İran Rusiyadan təyyarə aldı

 

İran Rusiya istehsalı olan Yak-130 təlim-döyüş təyyarələrini alıb.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.

Məlumata görə, təyyarələr artıq İrana çatdırılıb və artıq Hərbi Hava Qüvvələrinin ixtiyarındadır.

“Bu təyyarələr İran Hərbi Hava Qüvvələrinin yeni nəsil qırıcılarında uçacaq pilotların təlimində istifadə olunacaq”, - məlumatda qeyd olunub.

Nə qədər təyyarənin alındığı ilə bağlı məlumat verilməyib.

 

0.18283200263977