Qazaxıstanda buna görə referendum keçiriləcək

 

Qazaxıstanda referendum keçiriləcək.
 
Demokratikmusavat.com xarici KİV-ə istinadla xəbər verir ki, referendumun məqsədi ölkədə atom elektrik stansiyasının tikilib-tikilməməsinə qərar verməkdir.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev dünən yeni qanunvericilik sessiyasının iclasında bildirib ki, ölkədə nüvə energetikasının inkişafının mühüm iqtisadi və siyasi məsələyə çevrilib:

“Ölkəmizdə atom elektrik stansiyasının (AES) tikintisinin mümkünlüyü ilə bağlı müxtəlif fikirlər var. Bir tərəfdən, dünyanın ən böyük uran istehsalçısı olan Qazaxıstanın öz nüvə istehsalı olmalıdır. Bəzi ekspertlər kiçik reaktorlu elektrik stansiyalarının tikintisini dəstəkləyir. Digər tərəfdən, bir çox vətəndaşlar və bəzi ekspertlər AES-lərin təhlükəsizliyindən narahatdır. Semipalatinsk Nüvə Sınaq Sahəsinin faciəvi irsini nəzərə alsaq, bunu başa düşmək olar”.

Müzakirələrin davam etdirilməsinin vacibliyini vurğulayan Tokayev xatırladıb ki, o, 2019-cu il prezident seçkiləri kampaniyasında strateji əhəmiyyətli məsələlərlə bağlı qərarların referendumla qəbul ediləcəyinə söz verib. 

“Ona görə də bu məsələnin referenduma çıxarılmasını təklif edirəm. Referendumun tarixinə sonra qərar verəcəyik”, - deyə Tokayev əlavə edib.

Billurə

 

0.18019700050354