15 illik sürgündən sonra ölkəsinə qayıdan sabiq nazirlə bağlı yeni qərar

 

Tayland kralı Maha Vaçiralonqkorn 15 il sürgündən sonra ölkəsinə qayıdan və qiyabi məhkəmə qərarı ilə həbsə düşən keçmiş baş nazir Taksin Çinnavatlə bağlı yeni qərar qəbul edib.

Demokratikmusavat.com “AA”ya istinadla xəbər verir ki, dərhal qüvvəyə minən qərar çərçivəsində sabiq nazirin 8 illik həbs cəzası 1 ilə endirilib.

Belə ki, 15 il sonra avqustun 22-də ölkəsinə qayıdan sabiq nazir şəxsi təyyarəsi ilə paytaxt Banqkokdakı hava limanına endikdən sonra polis tərəfindən Ali Məhkəməyə aparılıb.

Həbsxanadakı ilk gecəsində ürək ağrısı ilə xəstəxanaya yerləşdirilən nazir krala əfv olunması üçün müraciət edib.

Xatırladaq ki, Taksin 2006-cı ildə hərbi çevriliş nəticəsində korrupsiyada və krala hörmətsizlikdə ittiham edilərək vəzifəsindən uzaqlaşdırılıb. O, həbsdən yayınmaq üçün 2008-ci ildə ölkəni tərk edərək sürgün həyatı yaşayıb.

Günay

0.26166200637817