“Qazprom” Puqaçovaya qarşı iddiasını geri götürdü

 

“Qazprom Mejregionqaz Moskva” şirkəti rusiyalı məşhur müğənni Alla Puqaçovaya qarşı iddia ərizəsini geri götürüb.

Demokratikmusavat.com  xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, məhkəmə iddianın geri götürülməsinin səbəbini açıqlamayıb. 

Qeyd edək ki, “Qazprom Mejregionqaz Moskva” Alla Puqaçovanı Moskvadakı obyektlərinin birində qaz təchizatı xidmətinin haqqını ödəmədiyinə görə məhkəməyə vermişdi. 

 

 

0.19389700889587