İordan çayının qərb sahilində Xuvar şəhərində silahlı hücum nəticəsində 2 İsrail vətəndaşı ölüb.
Demokratikmusavat.com xəbər verir ki, İsrail Ordusu məlumat yayıb.
Hadisə avqustun 19-da günün ikinci yarısında Xuvarda avtomobil yuma məntəqəsində baş verib. Ölənlər ata və oğuldur. İsrail Ordusu şübhəlilərin saxlanılması istiqamətində əməliyyat həyata keçirir, nəzarət-keçid məntəqələri quraşdırılıb.
Fələstinin WAFA agentliyi isə İsrail Ordusunun Nablus şəhərinə girişi bağladığı barədə məlumat yayıb.