Ukrayna XİN NATO-nun təklifini qəbuledilməz adlandırdı

 

“Ərazilərinin bir hissəsindən imtina etmək müqabilində Ukraynanın NATO-ya daxil olması barədə danışmaq qətiyyən qəbuledilməzdir”.

Demokratikmusavat.com ” xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Oleq Nikolenko bildirib.

“Həmişə güman edilirdi ki, Alyans Ukrayna kimi əraziləri alver etmir. NATO rəsmilərinin Ukraynanın öz ərazilərindən imtina etməsi ehtimalı ilə bağlı rəvayətin formalaşmasında şüurlu və ya şüursuz iştirakı Rusiyanın xeyrinə işləyir”, - deyə o bildirib.

Nikolenko qeyd edib ki, Avro-Atlantik təhlükəsizlik naminə Ukraynanın qələbəsini sürətləndirmək və NATO-ya tamhüquqlu üzvlük əldə etmək yollarını müzakirə etmək lazımdır.

0.23044514656067