Sakinlər gecə, açıq havada çal-çağır təşkil edən restoranlardan narazıdırlar - VİDEO

 

Bakıda fəaliyyət göstərən bəzi restoranların gecə saatlarında açıq havada çal-çağır təşkil etməsi sakinləri narahat edir.

Bununla bağlı paytaxt sakinləri sosial şəbəkələrdə paylaşım ediblər.

Yayılan görüntülərdən və yazılan şərhlərdən aydın olur ki, bəzi iaşə obyektləri, xüsusilə gecə saatlarında açıq havada musiqiyə yüksək səs verməklə sakinləri narahat etməkdən çəkinmirlər. 
Bu da sakinlərin haqlı narazılığına səbəb olur.

Sözügedən görüntüləri təqdim edirik:

0.17396092414856