Ermənistan nazirliyi özünü biabır etdi: Aİ Azərbaycanın dediyini təsdiqlədi

 

Avropa İttifaqının (Aİ) Ermənistandakı mülki missiyası Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Torosyanın öz müşahidəçilərinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən atəşə tutulması ilə bağlı yaydığı yalan məlumatı təkzib edib.

Demokratikmusavat.com xatırladır ki, avqustun 15-də saat 12:20 radələrində Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisində guya Avropa İttifaqının müşahidəçiləri və onların avtomobili istiqamətində Azərbaycan Ordusunun bölmələri tərəfindən atəş açılması barədə erməni informasiya resursları həqiqətə uyğun olmayan məlumat yayıb.

Azərbaycan Müdafiə Nazirliyi bununla bağlı rəsmi açıqlama verib:

“Bu, qarşı tərəfin növbəti dezinformasiyasıdır. Bildiririk ki, Avropa İttifaqının müşahidəçilərinin Ermənistanda şərti sərhəd istiqamətində səfərlərinin vaxtı, onların hərəkət marşrutu, ərazidəki koordinatları, eləcə də avtomobillərin markası və nömrə nişanları Azərbaycan tərəfinə əvvəlcədən təqdim edilir. Azərbaycan Ordusunun bölmələri missiyanın səfərləri barədə məlumatlıdır.

Bu səbəbdən də Ermənistan müdafiə nazirliyinin iddia etdiyi belə bir halın baş verməsi nəzəri və praktiki baxımdan qeyri-mümkündür”.

 

 

0.23160099983215