Çində torpaq sürüşməsi baş verib: 21 nəfər öldü

 

Çinin Şaansi əyalətinin mərkəzi olan Şian şəhəri yaxınlığında torpaq sürüşməsi nəticəsində 21 nəfər ölüb.

Axar.az xəbər verir ki, Şian Fövqəladə Hallar İdarəsi Bürosunun verdiyi açıqlamaya görə, cümə gecəsi başlayan selin səbəb olduğu torpaq sürüşməsi nəticəsində şəhərin qərbindəki magistral yol zədələnib, 900 evin elektrik enerjisi kəsilib.

Qeyd edək ki, iyul ayından bəri Çinin şimal əyalətləri Doksuri və Khanun tayfunlarının səbəb olduğu güclü yağış və daşqınlarla üzləşib.

Bildirilib ki, daşqınlarda ümumilikdə 142 nəfər həyatını itirib.

 

0.16107702255249