İranda güclü qum fırtınası: 730 nəfər xəsarət alıb

 

İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətini bürümüş qum fırtınası nəticəsində azı 730 nəfər xəsarət alıb.

Axar.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, son dörd gündə ən azı 733 nəfər Sistan və Bəlucistanın şimalındakı tibb müəssisələrinə kömək üçün müraciət edib. Onlardan 58-i hələ də mütəxəssislərin nəzarəti altında qalmağa məcburdur.

Həkimlər deyib ki, zərərçəkənlərin tənəffüs, eləcə də ürək-damar və görmə sistemlərində problemlər var.

Bu gün səhər saatlarında əyalətdə küləyin sürətinin 94 km/saata çatıb, üfüqi görünmə isə üç min metrə qədər azalıb. Sistan və Bəlucistanın beş şəhərində bütün dövlət qurumları bağlanıb.

Fırtınanın İranın cənub-şərqində çərşənbə gününə qədər davam edəcəyi gözlənilir.

 

0.18427705764771