Rəşid Meredov: “Ümidvaram ki, XİN rəhbərlərinin görüşü ilin sonuna kimi keçiriləcək”

 

“Ümidvaram ki, Rusiyanın təşəbbüsü ilə Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü ilin sonuna kimi keçiriləcək”.

Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov bildirib.

“Türkmənistan əmindir ki, bu gün əsas vəzifə ilk növbədə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyada öz əksini tapmış Xəzərdə yaradılmış əməkdaşlıq mexanizmlərindən maksimum istifadə etməkdir. Bu işin əlaqələndirilməsində əsas rol Xəzəryanı dövlətlərin xarici işlər nazirliklərinə həvalə edilib.

Açığını deyim ki, Konvensiyanın qəbulundan keçən beş il ərzində biz burada nəzərə çarpacaq nəticələr deyə bilmərik. Mövcud imkanlardan və formatlardan istifadə edərək bu vəziyyəti dəyişdirmək lazımdır. Dövlət başçılarının əldə etdiyi ən mühüm razılaşmalar tam şəkildə həyata keçirilməlidir”-deyə, o bildirib.

Bununla bağlı Meredov xatırladıb ki, bu il Rusiya Federasiyasının təşəbbüsü ilə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin görüşünün keçirilməsi planlaşdırılırdı:

“Türkmənistan bu təşəbbüsə dərhal müsbət cavab verdi və onu tam dəstəkləyib. Təəssüf ki, görüş hələ baş tutmayıb. Ümid edirik ki, bu ilin sonuna qədər həyata keçiriləcək. İclasda ilk növbədə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın və Xəzəryanı ölkələr tərəfindən qəbul edilmiş digər beştərəfli sənədlərin müddəalarının praktiki icrası ilə bağlı məsələlərin nəzərdən keçirilməsini zəruri hesab edirik”.

 

0.17947793006897