Dəyişən süarlar və dəyişməyən insanlar

 
Şuarlar dəyişməz deyil. Şuarlar doqma sayılmaz. Şuarlarda nəzərdə tutulan hədəflərə çatıldısa, başqa şuarlar meydana çıxır və yenilənir.
Lakin şuar odun kimi dəyişmirsə, yerində ağır düşən daş kimi qalırsa, o zaman şuarın dəyişməsi ilə heç kimi yeni şuarların ciddiliyinə inandırmaq mümkün olmaz.
Azərbaycanın yaxın keçmişinə bir retrospektiv baxış edin...
Əvvəllər nə deyirdilər? Demokratiya istəyəndə hansı bəhanəni gətirirdilər? İnsan haqlarından danışanda nə söyləyirdilər? Azad seçki tələbi irəli sürəndə hansı arqumentləri gətirirdilər?
Hamımız xatırlayırıq: “Qarabağ boyda dərdimiz var!”
Qarabağ savaşında “hər şey Vətən üçün” formalaşan ictimai konsensusa yüngülvari çatışmazlıqlardan söz açanda da eyni bəhanə donu biçdilər: “Qarabağ da müharibə gedir!”
Rus qoşunları regiona buraxılmasına etiraz edənlərə də “Qarabağı azad edək, sonrasına baxarıq” Allaha-təvəkkül siyasəti ilə müstəqilliyimizi məhdudlaşdıran halı tarixin öhdəsinə buraxdılar. Bu zaman da “Qarabağ” kartı ilə ictimai qınağın ağzına daş basıldı.
İndi də azad seçki, demokratiya, insan hüquqları deyəndə yeni gopa basmağa başlayırlar ki, yenə “Qarabağ boyda dərdimiz var.” Bu Qarabağ faktoru nə zamana qədər ciddi bir SƏBƏB yox, BƏHANƏ rolun oynayacaq?
Bir nəsil taleyində bəşəri nemətlərdən məhrum olmalıdır ki, Qarabağ kartı ilə manipulyasiya edilir.
İctimai qınaq kompleksi hamını haqlı sözü deməkdən çəkindirən nəsnəyə çevrib.
Tarixi yalnız hadisələrin xronoloji ardıcıllığı kimi yox, çıxarılan dərslər kimi oxusaq, onda görərik ki, analoji şuarları doqmalaşdıran məqamlar sinxron təşkil edir.
Böyük vətən müharibəsi illərində Rusiyada qatarların cədvəldən xeyli geri qalmasının səbəbini soruşanda cavab belə olurmuş: "Müharibədir, nə edək?"
Həmin dövrdə Almaniyada qatarların dinc vaxtlardan daha dəqiq işlədiyinin səbəbini soruşanda da, cavab təxminən eyni olurmuş: "Müharibədir, bəs necə olmalıdır?"
Hətta eyni şərtlər daxilində (hər iki savaş vəziyyətində) belə məsələyə münasibət bir ölkə üçün səbəb, digəri üçün bəhanə kimi istifadə olunması aydın görünür.
"Demokratikmusavat.com"
0.18870401382446