Rusiyada turistləri daşıyan helikopter qəzaya uğradı: ölən və yaralananlar var

 

Rusiyanın Altay bölgəsində turistləri daşıyan “Mi-8” tipli helikopter eniş edərkən elektrik naqillərinə çırpılaraq qəzaya uğrayıb.

Demokratikmusavat.com “Milliyet” qəzetinə istinadla xəbər verir ki, 15 sərnişin və 3 ekipaj üzvü olan helikopterin qəzaya uğraması nəticəsində 6 nəfər həlak olub, 7 nəfər isə yaralanıb.

Yaralılardan 3-nün vəziyyətinin ağır olduğu bildirilib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Günay

0.28544902801514