Bu ölkənin bütün həbsxanalarında fövqəladə vəziyyət elan edildi

 

Ekvador Prezidenti Gilyermo Lasso ölkədəki bütün həbsxanalarda 60 gün müddətinə fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzalayıb.

Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə prezident administrasiyasının mətbuat xidməti tviter səhifəsində məlumat yayıb.

“Ölkə Prezidenti Gilyermo Lasso ciddi daxili iğtişaşlar səbəbindən bütün həbsxanalarda fövqəladə vəziyyət elan edib”, - məlumatda deyilir. Fərman asayişi təmin etmək üçün əlavə qüvvələrin, o cümlədən hərbçilərin cəlb edilməsinə icazə verir.

Xatırladaq ki, iyulun 23-də Ekvadorda bir neçə həbsxanada iğtişaşlar baş verib. Quayakil şəhərindəki penitensiar mərkəzdə toqquşmalar nəticəsində 6 nəfər ölüb. Başqa beş həbsxanada isə məhbuslar 90-a yaxın mühafizəçini girov götürüblər.

0.34529805183411