Paralel.az " xəbər verir ki, bunu "Qarabağ"ın baş mə ..."> Paralel.az " xəbər verir ki, bunu "Qarabağ"ın baş mə ...">

Qurban Qurbanov: "Bizi ciddi, çox istəkli rəqibə qarşı oyun gözləyir"

 

"Bizi ciddi, çox istəkli rəqibə qarşı oyun gözləyir".

Demokratikmusavat.com xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Polşada "Rakuv"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis bildirib ki, bu komanda oyun nizam-intizamı baxımından digərlərindən çox fərqlənir: "Bu rəqiblə Türkiyədəki toplanışda üz-üzə gəlmişik. Amma komandada xeyli dəyişiklik var. İndi daha intizamlı və keyfiyyətli kollektiv olublar. Rəqibi yaxından tanımaq üçün sabah meydanda vaxtımız olacaq. Biz də bu matça ciddi hazırlaşmışıq. Yaxşı mübarizə aparmağa çalışacağıq. İnanıram ki, azarkeşlərimizi sevindirə biləcəyik".

Qeyd edək ki, iyulun 26-da keçiriləcək “Rakuv” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.

0.15586090087891