Ukrayna 2024-cü ildə NATO-ya üzv olacaq, çünki... - Nazir

 

Ukraynanın NATO-ya üzvlük müraciəti 2024-cü ildə təsdiqlənəcək.

Demokratikmusavat.com xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Oleksi Reznikov bəyan edib.

"Ukrayna 2024-cü ilin iyulunda  NATO-nun Vaşinqtonda keçiriləcək sammitində Alyansa üzv ola biləcək", - ukraynalı nazir bəyan edib.

O qeyd edib ki, Ukrayna öz ərazisində hərbi əməliyyatlar başa çatdıqdan sonra NATO-ya üzv ola biləcək. Reznikov münaqişənin gələn ilin yayına qədər sona çatacağına və Kiyevin müraciətinə əsasən Alyansın 75 illiyinə həsr olunmuş sammitdə təsdiqlənəcəyinə əmin olduğunu bildirib.

"Qələbədən sonra bu, NATO-nun maraqlarına uyğun olacaq, çünki biz NATO-nun əsl şərq qalxanı və ya Avropanın şərq qalxanı olduq", - Reznikov bütün bu müddət ərzində ukraynalıların standart NATO silahlarından istifadə etməyi öyrəndiyini bildirib.

 

0.2346339225769