ABŞ bu ərazidə İranla müharibəyə hazırlaşır - Britaniya nəşrindən təfsilat

 

Son 3 il ərzində İran əsgərləri Fars körfəzində Hörmüz boğazından keçən xarici bayraqlar altında ticarət gəmilərini 20 dəfə ələ keçirməyə cəhd edib. 

Demokratikmusavat.com xəbər verir ki, bunu Britaniyanın “The Telegraph” nəşri iddia edir. 

Qeyd olunur ki, iyulun 5-də Baham adalarında tankerə hücumdan sonra “Pentaqonun səbri tükənib” və ABŞ Yaxın Şərqdə qüvvələrini gücləndirmək üçün esmineslərin, eləcə də F-16 və F-35 qırıcılarının göndərildiyini elan edib.

Nəşr xatırladır ki, iranlılar on illərdir ki, Fars körfəzində gəmiləri daim təqib edir və “təqiblərin təkrarlanması amerikalılarla açıq düşmənçiliyə çevrilib və hər dəfə Tehran üçün fəlakətlə nəticələnib”. 

“The Telegraph” əlavə edib ki, hazırkı dəniz vəziyyəti 1987-88-ci illərdə olduğu kimi açıq hərbi əməliyyatlara çevrilərsə, “İran gəmilərinin yandırılması və batması” gözlənilməlidir.

Demokratikmusavat.com

0.23773407936096