Erməni ekspert Janna Vardanyanın iddiası

 

Erməni ekspert Janna Vardanyan iddia edib :

“Aparılan sorğular göstərir ki, Tehran Qafqazda beynəlxalq sərhədlərin “qorunmasını” özünün qırmızı xətti elan etdikdən sonra İranın dost ölkə kimi Ermənistan vətəndaşları arasında nüfuzu artıb”.

Tehran Qafqaz Araşdırmaları Fondunda iranlı ekspertlərin iştirakı ilə keçirilən toplantıda o, Tehran-İrəvan siyasi münasibətlərini “yüksək” dəyərləndirib: “İki ölkə arasında iqtisadi və ticarət əlaqələri hələ də böyük inkişaf potensialına malikdir və siyasi münasibətlərə uyğun olaraq genişlənməyib”.

O, deyib: "Ötən il İran-Ermənistan ticarətinin həcmi 500 milyon dollara çatıb. Bu il iki ölkə arasında ticarət əlaqələri ilk 10 ayda 500 milyon dolları keçib və ilin sonunadək 700 milyon dollara çata bilər. Bununla belə, iki ölkə arasında ticarət balanslı deyil və o, İranın Ermənistana ixracının xeyrinə dəyişir.

https://t.me/KeyMolla

 

0.22362613677979