Sergey Lavrovun xüsusi nümayəndəsi Bakıya gəlir

 

Rusiya xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev Bakı və İrəvana səfər edəcək.

“Report” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova iyulun 6-da keçirdiyi brifinqdə deyib.

O söyləyib ki, bu səfər tərəflər arasında mövqelərin yaxınlaşmasına kömək edəcək.

Səfərin dəqiq tarixi açıqlanmayıb.

0.15026903152466