Yasamal RİH başçısının “Koneks Construction” MMC sevgisi - İLGİNC FAKT

 

Azərbaycanın dövlət büdcəsini məmurlara tenderlələ talayırlar

Tenderlər ölkəmizin var-yoxunu talayan, dövlət büdcəsini boşaltmaq, mənimsəmək sahəsində ən önəmli vasitəyə çevrilib.

Demək olar ki, ölkəmizdə tender keçirməyən dövlət orqanı yoxdur. Hər bir dövlət orqanı keçirdiyi tenderə özünə yaxın olan bir neçə MMC daxil edir və onlardan birini qalib elan edir.

Bundan sonra milyonlarla dövlət vəsaitini həmin şirkətin hesabına köçürür və həmin şirkət vasitəsilə dövlət vəsaitini dağıdır.

Hətta elə şirkət var ki, həmin şirkətin peşə oriyentasiya istiqaməti sifarişçiləri qida məhsulları ilə təmin etmək olsa da, məhlədaxili yolları təmir etmək işini də icra edir.

Məsələn, Yasamal Rayon İcra Hakimiyyəti Başçısının Mənzil-Kommunal Təsərrüfat Birliyi (MKTB) məhəllədaxili yolların təmiri ilə bağlı “Koneks Construiction” şirkəti ilə satınalma müqaviləsi imzalayacaq.

Qeyd edək ki, “Koneks Construcition” şirkəti Yasamalda “tender kralı” kimi tanınır. Şirkət vaxtaşırı satınalma müsabiqələrinin qalibi seçilir. Maraqlıdır ki, Yasamal rayonunda, xüsusilə təmir-tikinti, abadlıq işləri ilə bağlı tenderlər həmişə “Konkes Construction”a verilir. Bu şirkətlə bağlı şübhəli məqamlar çoxdur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “Koneks Construction” MMC-nin 27 noyabr 2019-cu ildə qeydiyyata alındığı göstərilir. Şirkətin nizamnamə kapitalı 10 AZN-dir.

Hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 39, mənzil 202-də yerləşən MMC-nin qanuni təmsilçisi Fərzəliyev Mehdi Məhəmmədəli oğludur.

Deməli, geyim və ofis ləvazimatları satan şirkət həm də tikinti sektorunda fəaliyyət göstərir. O zaman ortaya sual çıxır: Çoxprofilli, tenderlərin vaxtaşırı qalibi seçilən, iriməbləğli sifarişlər alan bu şirkət haqqında açıq mənbələrdə nədən heç bir məlumat yoxdur?

Bu isə “Koneks Construction” MMC-nin tenderlərdə istfadə etmək üçün yaradılan və fəaliyyəti kağız üzərində olan şirkətlərdən biri olmasına şübhələri xeyli artırır.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı isə Elşad Həsənovdur. O, əvvəlki illərdə keçirilmiş seçkilərdə rayonun deputatı, 2019-cu ilin noyabr ayından isə rayona rəhbərlik edir.

 

0.18133497238159