ABŞ kəşfiyyatı Çindəki Amerika biznesindən narahatdır

 

ABŞ kəşfiyyatı yerli əks-kəşfiyyat qanununda edilən dəyişikliklərlə əlaqədar Amerika şirkətlərinə Çində biznes qurmaq riski barədə xəbərdarlıq edən bülleten yayımlayıb. Yeni qanun iyulun 1-dən qüvvəyə minib. 

Demokratikmusavat.com xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Birləşmiş Ştatların kəşfiyyatı qanunun yenilənməsinin Çin Xalq Respublikasında bizneslə məşğul olan təşkilatlar üçün "potensial olaraq hüquqi risk və ya qeyri-müəyyənlik yarada biləcəyini" deyir.

Sənəddə qeyd edilir ki, qanunda casusluğun tərifi genişləndirildiyi üçün hər hansı sənəd, material, əşya və məlumat "müəyyənliklərə” görə qanuna aid edilə bilər. Qeyd olunur ki, Çin qanunvericiliyinə edilən dəyişikliklərlə əlaqədar respublikanın hakimiyyət orqanları şirkət məlumatlarına daha geniş çıxış və onlara nəzarət imkanı əldə ediblər.

İyunun 19-da Amerikanın "Raytheon” hərbi-sənaye korporasiyasının rəhbəri Qreq Hayes bəyan edib ki, nə korporasiya, nə də bütövlükdə ABŞ-ın biznesi Çinlə iqtisadi əlaqələri kəsə bilməyib.(Qaynarinfo)

0.16392302513123