İranda polisə hücum olub, ölən və yaralananlar var

 

İranın Kirman vilayətinin Baft şəhərində naməlum şəxslər polis əməkdaşlarına atəş açıb.

APA xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.

Bildirilib ki, axşam saatlarında Baft şəhərində naməlum şəxslərin atəş açması nəticəsində bir polis zabiti öldürülüb, ikisi yaralanıb.

Yaralılar Baft xəstəxanasına yerləşdirilib.

0.18832588195801