“Qadının sosial həyatdakı rolu" mövzusunda seminar keçirilib - FOTOLAR

 

Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin Əhali Fondunun təşkilatçılığı və “Kişilər Gender Bərabərliyi Uğrunda – Men For Gender Equality” virtual platformasının dəstəyi ilə “Çinar Kitab Evi”-ndə “Qadının sosial həyatdakı rolu" mövzusunda seminar keçirilib.

Seminarın əsas məqsədi kişilərin cəlbi və iştirakçılığı ilə cəmiyyətdə qız uşaqlarının dəyərinin təşviq edilməsi  və onların öz potensiallarını reallaşdıra bilməsi üçün bərabər imkanların əhəmiyyətini təbliğ etməkdir. 

Seminar zamanı ekspertlər - dinşünas Fərid Abdullah və Təbriz Qasımov uşaq nikahı, məcburi evlilik və təhsildən yayınmanın qızların həyatına necə təsir etməsindən bəhs ediblər. 
Məlumat üçün bildirək ki, seminar Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondu (UNFPA) tərəfindən həyata keçirilən “Cənubi Qafqazda gender əsaslı cins seçimi və digər zərərli təcrübələrin aradan qaldırılması” proqramı çərçivəsində “Kişilər Gender Bərabərliyi Uğrunda – Men For Gender Equality” virtual platformasının dəstəyi ilə baş tutub.

0.14981698989868