Fransa polisinin saxladığı etirazçıların 30%-i yetkinlik yaşına çatmayanlardır

 

Fransada dörd gündür davam edən iğtişaşlar zamanı polis tərəfindən saxlanılan 2 min nəfərdən çox etirazçının təxminən 30%-i yetkinlik yaşına çatmayanlardır.

Demokratikmusavat.com ” xəbər verir ki, bunu BFMTV-yə Fransanın ədliyyə naziri Erik Düpon-Moretti deyib.

O, xatırladıb ki, 13-14 yaşlı övladları etirazlarda iştirak edən valideynləri 2 il həbs və 30 min avro cərimə gözləyir.

Daxili İşlər Nazirliyinin məlumatına görə, dörd gün ərzində Fransada iğtişaşlarla bağlı 2,4 minə yaxın adam saxlanılıb.

Qeyd edək ki, çərşənbə axşamı səhər polisinin əməkdaşları Nanter şəhərində yolda yoxlama zamanı 17 yaşlı əlcəzairlini güllələyiblər. Həmin gündən Fransanın bir sıra şəhərlərində iğtişaşlar davam edir. Hakimiyyət bəzi şəhərlərə polis xüsusi təyinatlıları yerləşdirib, zirehli texnika və helikopterləri cəlb edib.

0.22482991218567