Türkiyədə məktəbdə qalmaqal: LGBT bayrağı qarşısında... - FOTO

 

Qlobal kapital tərəfindən maliyyələşdirilən LGBT bu dəfə də Türkiyənin Silivri Kavaklı ibtidai məktəbində özünü göstərib.

Demokratikmusavat.com “Sabah” qəzetinə istinadla xəbər verir ki, Ahter Nur adlı sinif müəllimi ibtidai sinif şagirdlərinin LGBT bayrağı qarşısında şəkillərini çəkib. 

Sosial şəbəkə hesabında fotoları paylaşan müəllimə məktəb direktoru və valideynlərin sərt reaksiyasına görə paylaşımlarını silib.

Milli təhsil naziri Yusif Təkin sosial şəbəkə hesabından açıqlama verərək tədrislə bağlı hüquqi prosesin başladığını bildirib.

“Bu cür pis nümunələr böyük ürəkli müəllimləri incidir. MEB (Təhsil Nazirliyi) ailəsinin qanunlarını qorumaq bizim birinci vəzifəmizdir", - deyə əlavə edib”. 

Günay

0.16669607162476