Rus deputat bağ evində amansızcasına qətlə yetirilib - TƏFƏRRÜAT

 

Rusiyada deputat öldürülüb, həyat yoldaşı isə ağır yaralanıb və ona çoxsaylı bıçaq zərbələri endirilib.

Demokratikmusavat.com ” “kp.ru”ya istinadən xəbər verir ki, hadisə Yeni Moskvada baş verib.

Deputatın cəsədi bağındakı evin zirzəmisində aşkar edilib və cəsədin üzərində zorakılıq əlamətləri olub.

Qətlə yetirilən 58 deputat Aleksandr Kolodiç Yurqanın olub.

İstintaqın ilkin versiyasına görə, deputat və onun həyat yoldaşı hücuma məruz qalıb.

112 telegram kanalın məlumatında isə bildirilir ki, 58 yaşlı Aleksandr Kolodiçin meyiti şəxsi evin zirzəmisində zorakılıqla ölüm izləri ilə tapılıb.

“Polis hücuma məruz qalan deputatın 55 yaşlı həyat yoldaşını da ağır yaralı vəziyyətdə tapıb. Qadına çoxsaylı bıçaq xəsarətləri diaqnozu qoyulub. O, xəstəxanaya yerləşdirilib”, - deyə "112" teleqram kanalı yazıb. 

Deputatın ölümündə bağ evinə baxan bağban şübhəli bilinir. O, şübhəli qismində saxlanılıb.

Müstəntiqlər müəyyən ediblər ki, faciə bazar ertəsi, iyunun 12-də səhər saatlarında Sosenskoye qəsəbəsində baş verib. 

İlkin məlumata görə, qətl hadisəsi deputatın bağbanla arasında yaranan mübahisə səbəbindən baş verib. Nəticədə şübhəli şəxs zərərçəkmişi yaralayıb, kişi yerindəcə keçinib. Bağban deputatın arvadını bıçaqla bir neçə dəfə vurub, qadın sağ qalıb.

O, deputatın cəsədini basdıraraq cinayət yerindən qaçıb. Lakin hücum edən şəxs hər şeyi qohumuna danışaraq sirri gizlədə bilməyib. Şübhəli bir neçə saat sonra saxlanılıb, müstəntiqlər hadisənin baş vermə şəraitini araşdırır.

 

0.25546193122864