“Mən Rusiya vətəndaşı olmaqdan utanıram” - Jerar Depardye 

 

2013-cü ildə ölkəsindəki həddən yüksək vergi tətbiqinə görə, Fransa vətəndaşlığında imtina edərək Rusiya vətəndaşlığını qəbul edən dünya şöhrətli fransız aktyoru Jerar Depardye bu ölkədəki həyatı çox uzun çəkmədi. O, Rusiyanın Ukraynaya hücumunu qəbul etməyərək bu ölkənin vətəndaşlığından imtina edib.

Demokratikmusavat.com ” xəbər verir ki, Depardye Rusiyanın Ukraynaya müdaxiləsini qəbuledilməz adlandırıb.

“Mən rus vətəndaşı olduğuma görə utanıram, burada olduğumu və Rusiya vətəndaşlığına sahib olduğumu dərk etmək məni çox incidir”, - aktyor qeyd edib.

O qeyd edib ki, Moskvadakı mənzilinin satışından əldə etdiyi pulu Ukrayna Silahlı Qüvvələrinə yardım üçün köçürüb.

“Mən Fransa hakimiyyətinə dəstək üçün müraciət edirəm və onlardan mənə müharibə qaçqını statusu vermələrini xahiş edirəm”, - Depardye bildirib.

Mürtəza
Demokratikmusavat.com

0.19936800003052