"Onları boğdular, boğdular": Keniyada aclıq dini qurbanlarının qətlləri təsdiqləndi

 

Keniyada "aclıq kultu" ilə əlaqəli kütləvi məzarlardan çıxarılan onlarla cəsədin yarılmaları bəzi qurbanların boğulduğunu, döyüldüyünü və ya boğularaq öldürüldüyünü ortaya qoyuldu.

"Demokratikmusavat.com"  xəbər verir ki, Şərqi Afrika ölkəsi Keniyanın Hind okeanı sahilindəki Malindi şəhəri yaxınlığındakı meşədə tapılan ölülərin üzərində aparılan yarılmalarla bağlı açıqlama verilib. 

Özünü keşiş elan edən və təriqətin liderliyini üzərinə götürən Paul Mackenzie Nthenge davamçılarının - "Allah və İsa Məsihə qovuşmaq vədi ilə tərəfdarlarının ölümləri ilə bağlı açıqlama verdi."

Hökumətin baş patoloqu Johansen Oduor, aclığın ölümün əsas səbəbi kimi göründüyünü, lakin bəzi qurbanların öldürüldüyünü söylədi. İndiyədək Mackenzie Nthenge-nin onları aclığa təhrik etdiyi iddia edilən 109 ardıcılı ölü tapılıb. Ölənlərin yarıdan çoxunun uşaq olduğu üzə çıxıb. Mütəxəssislər həftənin əvvəlindən bu yana 40 yarılma əməliyyatı həyata keçirib.-deyə,  o, bildirib. 

Ş.Salehqızı

 
0.14660882949829