Kremldən Ukraynanın Putini öldürmək planına reaksiya

 

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəis müavini Vadim Skibitskinin ilk hədəflərinin Vladimir Putinin, ikinci hədəf “Vaqner” rəhbəri Yevgeni Priqojinin fiziki cəhətdən aradan götürülməsi barədə verdiyi bəyanata reaksiya verib.

Demokratikmusavat.com ”  xəbər verir ki, onun sözlərinə görə, bu, Kiyevin istəklərindən xəbər verir.

“Ona görə də Ukraynadakı hərbi əməliyyatlar qarşısına qoyduğu hədəflərə nail olmalıdır”, - Peskov qeyd edib.

Putinin təhlükəsiziliyinin etibarlı şəkildə təmin edilməsi məsələsinə gəldikdə, Peskov deyib ki, təhlükəsizlik orqanları öz işini və nə etdiyini yaxşı bilir.

Mürtəza
Demokratikmusavat.com

0.18039083480835