Paralel.az " xəbər verir ki, bu barədə Türkiyə xaric ..."> Paralel.az " xəbər verir ki, bu barədə Türkiyə xaric ...">

Çavuşoğlu: "Türkiyədə hazırda 3 milyon 700 min suriyalı miqrant var"

 

Türkiyədə hazırda 3 milyon 700 min suriyalı miqrant var.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu “Tv-100” kanalına müsahibəsində bildirib.

O qeyd edib ki, bu rəqəm BMT-nin rəsmi məlumatıdır və “Millət İttifaqı”nın prezident seçkilərində namizədi Kamal Kılıçdaroğlunun ölkə ərazisində 10 milyon suriyalı miqrantın mövcudluğuna dair açıqlaması yalandır.

Çavuşoğlu əlavə edib ki, Türkiyə artıq 500 mindən çox suriyalı miqrantı geri göndərib və bir qisminin də vətəninə dönməsi üçün Suriya tərəfi ilə danışıqlar aparır.

Nazir, həmçinin Türkiyə və Suriya liderlərinin görüşünə dair işlərin də davam etdiyini vurğulayıb.

0.25434398651123